Azərbaycan Futzal Federasiyasının (AFF) strukturunda dəyişiklik olub.
Uzun illər AFFA-da hüquqşünas işləmiş və «Şamaxı»da idman direktoru postunu tutmuş Rəmiş Malıyev vitse-prezident vəzifəsindən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib.
Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib. E.Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.
Hər iki şəxs bura futbol sferasından gəlib. Buna kimi «Şamaxı»FK-nın rəhbərliyində yer alıblar. Futzal federasiyasının prezidenti Zaur Axundov ilə birgə.
Sonuncu futbol klubunun Müşahidə Şurasının sədri postunu tutduğu 5 il ərzində onları da özünə köməkçi götürüb və indi görürük ki, Axundov yaxın dostlarını AFF-a gətirməyi lazım bilib.
SPORTİNFO.AZ

