Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov eyniadlı klubun baş məşqçisi Cavid Hüseynovla görüşüb.
Toplantıda cari məsələlər və yeni mövsümlə bağlı planlar geniş müzakirə olunub.
Yenicə komandanın sükanı arxasına keçən gənc mütəxəssis hazırlığın gedişi, görülməsi gərəkən işlər barədə rayon rəhbərini məlumatlandırıb.
T.Məmmədov «Şamaxı» ilə əlaqəli düşüncələrini bölüşüb, klubun sabahını necə təsəvvür etdiyi haqda fikirlərini söyləyib.
O, klubu diqqət və qayğı ilə əhatə edəcəklərinə söz verib, hər hansı problem yaranarsa, köməklik göstərəcəklərini bildirib.
İcra başçısı vurğulayıb ki, «Şamaxı»nın rəhbərliyi dəyişdiyi üçün klub yenidən formalaşma və təşkilatlanma mərhələsindən keçir, yeni inkişaf modeli isə bir neçə mərhələdən ibarət olacaq.
SPORTİNFO.AZ

