Premyer Liqa klubunda gözlənilən ZƏNG GƏLDİ

11 İyul 2022 23:40 Şamaxı 2 340
Premyer Liqa klubunda gözlənilən ZƏNG GƏLDİ

Rüstəm Əliyev "Şamaxı"da rəsmi baş məçqçi hesab olunsa da, artıq iki həftədir komandanı məşqlərə Cavid Hüseynov çıxarır.

Bir müddət əvvəl saytımıza açıqlama verən gənc mütəxəssis onunla heç kimin əlaqə saxlamadığını və yaranmış duruma özü də izah tapa bilmədiyini demişdi.

Amma əldə etdiyimiz məlumata görə, artıq Əliyevlə əlaqə saxlayan olub. Belə ki, yeni rəhbərliklə baş məşqçi arasında qısa telefon danışığı olub.

Amma gənc mütəxəssisdən belə məsələlərin telefonla həllinin mümkünsüz olduğunu eşidən rəsmilər yaxın günlərdə üzbəüz görüşəcəklərini vəd veriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti