“Mən konkret adamam və heç bir rəsmi qərar olmadan bu haqda geniş danışmaq istəmirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Pro” kateqoriyalı baş məşqçi Ramiz Məmmədov deyib.
Zaur Axundovun istefasından sonra "Şamaxı"da yeni rəhbərlik formalaşacağı gözlənilirdi.
Uzun müddətdən sonra, nəhayət, rəsmi səhifəsi vasitəsilə idarə heyətinin yeni rəhbərin Elçin Arif oğlu Usub olacağı bəyan edildi.
Əldə etdiyimiz məlumata görə, rəhbərlikdə təmsil olunacaq daha bir şəxs hamımıza tanış sima olan Ramiz Məmmədovdur.
Təcrübəli mütəxəssis də idarə heyətində yer alacaq. Ona böyük səlahiyyətlər verilməsi gözlənilir.
Məmmədov daha əvvəl "Şamaxı"da (əvvəlki adı "Keşlə") bir müddət baş məşqçi və idman direktoru kimi çalışıb.
53 yaşlı mütəxəssis "Şamaxı"dan başqa, "Qəbələ" və Qazaxıstanda - "Atırau"da da baş məşqçi kimi işləyib.
O, barəsində yayılan xəbərə bu cür münaisbət bildirib: “Əlbəttə, həyatı futbola bağlı bir şəxs kimi bu sahədə çalışmaq istəyirəm.
Azərbaycan futboluna bundan sonra da böyük xeyir verə bilərəm. Həm təcrübəm, həm də savadımla futbola xidmət etməyə hazıram.
Mən “Şamaxı”san problemlə ayrılmamışam. Zaur müəllimlə və rəhbərlikdə yer almış digər şəxslərlə münasibətlərim çox yaxşı olub.
İndi də hər şey qaydasındadır, “Şamaxı”da işlədiyim dönəmdə mənə həvalə olunmuş sahələr üzrə əlimdən gələni etmişəm.
Mənə dogma klubdur. Gəlin, bir neçə gün də gözləyək. Yaxın gələcəkdə nə olacaqsa, özünüz görəcəksiz”.

