Bölgə klubu tanınmış məşqçini vəzifəyə gətirir

10 İyul 2022 22:20 Şamaxı 2 679
Bölgə klubu tanınmış məşqçini vəzifəyə gətirir

Zaur Axundovun istefasından sonra "Şamaxı"da yeni rəhbərlik formalaşacağı gözlənilirdi.

Uzun müddətdən sonra, nəhayət, rəsmi səhifəsi vasitəsi ilə komandanın idarə heyətinin yeni rəhbərin Elçin Arif oğlu Usub olacağı bəyan edildi.

Əldə etdiyimiz məlumata görə, rəhbərlikdə təmsil olunacaq daha bir şəxs hamımıza tanış sima olan Ramiz Məmmədovdur.

Təcrübəli mütəxəssis də idarə heyətində yer alacaq. Ona böyük səlahiyyətlər verilməsi gözlənilir.

Məmmədov daha əvvəl "Şamaxı"da (əvvəlki adı "Keşlə") bir müddət baş məşqçi və idman direktoru kimi çalışıb.

53 yaşlı mütəxəssis "Şamaxı"dan başqa "Qəbələ" və Qazaxıstanın "Atırau" komandalarında da baş məşqçi kimi işləyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti