AFFFA yeni mövsümə Cavid Hüseynovla hazırlaşan «Şamaxı»ya legioner kvotası ayırıb.
İdarəçilərini və baş məşqçisini dəyişmiş klub bu yay 8 əcnəbi futbolçu ala biləcək.
Federasiyanın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun israrı ilə əyalət təmsilçisinin sükanı arxasına gətirilən Hüseynova xaricdən oyunçular dəvət etməsi üçün ayrıca büdcə ayrılacaq.
Ötən mövsümü 7-ci pillədə başa vuran komandala demək olar legioner qalmayıb.
Yeni çalışdırıcı ondan əvvəl sükan arxasında dayanmış Rüstəm Əliyevin düşərgədə saxladığı əcnəbilərin hamısının xidmətindən imtina edib.
Hətta birillik yeni müqavilə imzalamış Moldova yığmasının qapıçısı Stanislav Namaşko da Hüseynova lazım olmayıb.
SPORTİNFO.AZ

