“Cavid Hüseynov mesajımı oxuyub cavab yazmadı” – “Şamaxı”da oynamaq istəyən milli üzvü

8 İyul 2022 21:20 Şamaxı 2 101
“Cavid Hüseynov mesajımı oxuyub cavab yazmadı” – “Şamaxı”da oynamaq istəyən milli üzvü

“Cavid Hüseynova “Şamaxı”ya baş məşqçi təyin olunması münasibəti ilə mesaj yazmışdım. Oxuyub, təşəkkür etdi”.

Vaxtilə millimizin və aparıcı Premyer Klublarının formasını geyinmiş Ruslan Qurbanov Sportinfo.az-a açıqlamasında klubsuz qalması ilə bağlı danışıb.

Azərbaycanda kifayət qədər tanınan əslən rusiyalı hücumçu Belarusdan ayrılandan sonra karyerasını yenidən ölkəmizdə davam etdirmək fikrindədir.

Klublardan ona təklifin olmadığını görüncə, öz xidmətini “Şamaxı”nın baş məşqçisinə təklif edib. Lakin...

Səbəbkardan eşidək:

“Bilirəm ki, Cavid Hüseynov yeni komanda yığır, təcrübəli futbolçular axtarır. Yazdım ki, “Şamaxı”ya kömək etməyimi istəsən, can-başla hazıram.

Mesajımı oxuyub cavab vermədi. Məndə də o üz yoxdur ki, yalvarım. Yəqin ki, lazım olsaydım nəsə yazardı”.

Ruslan Qurbanov Azərbaycanda top qovduğu müddətdə “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə”nin heyətində 200-dən çox oyunda meydana çıxıb.

“Neftçi”də Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti