Bölgə klubu "Sabah"lı gəncə "ELÇİ DÜŞDÜ"

3 İyul 2022 23:40 Şamaxı 1 283
Bölgə klubu "Sabah"lı gəncə "ELÇİ DÜŞDÜ"

"Sabah"ın gənc futbolçusu Kamran Quliyevi heyətində görmək istəyən klubların sayı artıb.

Belə ki, daha əvvəl "Kəpəz" və "Turan Tovuz" Quliyevin xidmətində maraqlı idisə, indi bu siyahıya "Şamaxı" da daxildi.

Yeni baş məşqçi Cavid Hüseynov 22 yaşlı gənci sərəncamında görməkdə maraqlıdır. "Sabah" isə icarəyə verəcəyi futbolçusu ilə bağlı yekun qərarını hələ açıqlamayıb.

Kamran Quliyev son mövsüm "Sabah"ın əsas komandasında forma şansı qazandığı 5 matçda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti