"Qəbələ"dən ayrılan yarımmüdafiəçi öz seçimini etdi

30 İyun 2022 19:00 Şamaxı 1 218
"Qəbələ"dən ayrılan yarımmüdafiəçi öz seçimini etdi

"Qəbələ"dən ayrılan Kamal Mirzəyevin "Səbail", "Kəpəz" və "Şamaxı"dan dəvət almasını xəbər vermişdik.

Mirzəyev artıq öz seçimini edib. Belə ki, təcrübəli yarımmüdafiəçi "Şamaxı" ilə anlaşıb. O, sabah bir araya gələcək bölgə komandasının məşqlərinə qoşulacaq.

27 yaşlı yarımmüdafiəçi "Qəbələ"dən başqa ölkəmizdə AZAL, "Sumqayıt" və "Zirə"nin də şərəfin qoruyub.

Qəbələ Futbol Akademiyasının yetirməsi 2019/20 mövsümündə isə Küveytin "Al Salmiya" klubunda legioner həyatı yaşayıb. O, burada 26 matç keçirib, 2 qol və 5 asistlə yadda qalıb.

Mirzəyev Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini də qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti