"Səbail"də növbəti ayrılıq gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Məhəmməd Mirzəbəyovun müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq, yolların ayrılması barədə qərar qəbul edib.
31 yaşlı sağ cinah müdafiəçisi 2021-ci ilin yayından "Səbail"də çıxış edirdi.
O, "dənizçilər"in heyətində meydana çıxdığı 23 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.