"Keşlə" "Şamaxı" olandan sonra günü sözün həqiqi mənasında qaradı.
Uğursuz mövsüm keçirən komanda sezonun sonu baş məşqçi Rüstəm Əliyevlə bir illik müqavilə imzaladı. Ardıncı iki futbolçu - Stanislav Namaşko və Rəhman Daşdəmirovla müqavilələr imzalandı. Bir çox futbolçularla instensiv danışıqlar aparılırdı.
Sabah isə komanda bir araya gəlib, yeni mövsümün hazırlığına start verməliyidi.
Amma bu plan baş tutmayacaq. Bir araya gəlmək qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Çünki bir araya gəlməyə futbolçu yoxdur. Müşahidə Şurasının sədri Zaur Axundovun gedişindən sonra klubda bütün hərəkət dayanıb.
Əksər futbolçular komandadan ayrılıb, digərləri ilə isə müqavilə bitib.
Komanda hazırda faktiki 2 futbolçudan ibarətdir. Belədə gənc mütəxəssisin başqa qərar vermək şansı da qalmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

