Klubda yoxlama bitdi, köhnə borclar bağlandı – TƏHVİL-TƏSLİM

18 İyun 2022 13:00 Şamaxı 1 357
Klubda yoxlama bitdi, köhnə borclar bağlandı – TƏHVİL-TƏSLİM

Hazırda rəhbərsiz fəaliyyət göstərən “Şamaxı”da təhvil-təslim prosesi başa çatıb.

AFFA və SOCAR-ın audiotarları klubda yoxlama aparıb,

2017-ci ildən üzü bəri həyata keçirilmiş bütün maliyyə sənədlərini təftiş edib. Bu, “Şamaxı”nın borclu olduğu şəxsləri sevindirib.

Onlar “ASK Arena“ya dəvət edilib və alacaqları pullar ödənilib. Bura bəzi sabiq əməkdaşlar, futbolçular, məşqçilər və menecerlər daxildir.

Bunda məqsəd “Şamaxı“nın bütün borclarını sıfırlamaq və klubun həyatında yeni mərhələnin başlanmasına hazırlıqdır.

Indi isə “Şamaxı”nın Müşahidə Şurasının (MŞ) bir araya gəlməsi gözlənilir. MŞ-nın yığıncağında yeni sədrinin kimliyinə aydınlıq gətiriləcək.

İşlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar bu postan istefa verən Zaur Axundovu əvəzləməyə 3 namizəd var.

Onların üçü də ayrı-ayrı təşkilatların təmsilçiləridir. AFFA öz kadrlarından birini klubun başına gətirmək niyyətindədirsə, “Şamaxı”nın təmsil etdiyi eyniadlı rayonun İcra Hakimiyyəti də məsul əməkdaşlaını burada görmək istəyir.

Digər namizəd isə dövlətə bağlı qurumların birində çalışan İlkin adlı şəxsdir (soyadını dəqiqləşdirə bilmədik).

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti