“Şamaxı”da təhvil-təslim prosesi başa çatmaq üzrədir.
AFFA və SOCAR-ın audiotarları klubda yoxlama aparıb,
2017-ci ildən üzü bəri həyata keçirilmiş bütün maliyyə sənədlərini təftiş edib.
Indi isə “Şamaxı”nın Müşahidə Şurasının (MŞ) bir araya gəlməsi gözlənilir. MŞ-nın yığıncağında yeni sədrinin kimliyinə aydınlıq gətiriləcək. işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar bu postan istefa verən Zaur Axundovu əvəzləməyə 3 namizəd var.
Onların üçü də ayrı-ayrı təşkilatların təmsilçiləridir. AFFA öz kadrlarından birini klubun başına gətirmək niyyətindədirsə, “Şamaxı”nın təmsil etdiyi eyniadlı rayonun İcra Hakimiyyəti də məsul əməkdaşlaını burada görmək istəyir.
Digər namizəd isə dövlətə bağlı qurumların birində çalışan İlkin adlı şəxsdir (soyadını dəqiqləşdirə bilmədik).
SPORTİNFO.AZ

