Premyer Liqa klubunun rəhbəri olmağa 3 NAMİZƏD

15 İyun 2022 21:20 Şamaxı 1 746
Premyer Liqa klubunun rəhbəri olmağa 3 NAMİZƏD

“Şamaxı”nın Müşahidə Şurasının (MŞ) sabah bir araya gəlməsi gözlənilir.

Bu haqda Sportinfo.az-a AFFA-dan yeni informasiya daxil olub.

Bildirilib ki, MŞ-nın yığıncağında yeni sədrinin kimliyinə aydınlıq gətiriləcək. işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar bu postan istefa verən Zaur Axundovu əvəzləməyə 3 namizəd var.

Onların üçü də ayrı-ayrı təşkilatların təmsilçiləridir. AFFA öz kadrlarından birini klubun başına gətirmək niyyətindədirsə, “Şamaxı”nın təmsil etdiyi eyniadlı rayonun İcra Hakimiyyəti də məsul əməkdaşlaını burada görmək istəyir.

Digər namizəd isə dövlətə bağlı qurumların birində çalışan İlkin adlı şəxsdir (soyadını dəqiqləşdirə bilmədik).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti