Azərbaycan klubunun baş məşqçi təyinatı Parisdə edilir

13 İyun 2022 22:20 Şamaxı 2 780
Azərbaycan klubunun baş məşqçi təyinatı Parisdə edilir

“Səbail”dən istefaya göndərilən Aftandil Hacıyev “Şamaxı”nı çalışdıra bilər.

AFFA-nın baş katibi Sərxan Hacıyev onun əyalət klubunun sükanı arxasına keçməsi fikrini dəstəkləyib.

“Pro” kateqoriyalı mütəxəssisin özüylə də bu haqda söhbət aparılıb. O, “Şamaxı”da işləməyin əleyhinə olmadığını bildirib.

S.Hacıyev bu məsələni yekunlaşdırmaq üçün indi Fransadan mesaj gözləyir.

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru postuna dəyişsə də, bəllidir ki, o, bura ilə bağlantılarını kəsməyib.

AFFA hələ də onun dediyi ilə oturub-durur. Baş katıb, eləcə də digər funksionerlər ondan icazə almadan heç bir addım atmır, qərar vermir. E.Məmmədov Parisdən federasiyanın fəaliyyətinə nəzarət edir, kimə nə iş görəcəyini tapşırır.

Aftandil Hacıyevin “Səbail”dən ayrılmasında da onun əlinin olması haqda mətbuatda xəbərlər çıxıb.

Bu iddialara görə, gənc məşqçinin idman tədbirlərinin birində gənclər və idman naziri Fərid Qayıbovbla görüşüb söhbət eləməsi, həmçinin şəkil çəkdirməsi E.Məmmədova xoş gəlməyib, “Səbail”in idarəçilərinə onun komandadan uzaqlaşdırmaq barədə tapşırıq verib.

Bu xəbərlərin həqiqətə nə dərəcədə yaxın olub-olmamasını Hacıyevin “Şamaxı”ya keçidinin reallaşıb-reallaşmamasından biləcəyik.

Zaur Axiundovun Müşahidə Şurasının sədri postundan gedişindən sonra baş məşqçi məsələsi yenidən federasiyanın gündəminə daxil olub.

Baxmayaraq ki, əyalət təmsilçisi Rüstəm Əliyevlə yaxınlarda 1 illik müqavilə imzalayıb, ancaq AFFA-nın onunla bağlı fikri birmənalı deyil.

Yaxın qohumlarının klubun keçmiş rəhbərliyi ilə münasibətlərinə görə irəli çəkilmiş çalışdırıcı indi qurum tərəfindən dəstəklənmir.

Federasiya bu posta həm yerli, həm də əcnəbi namizədləri gözdən keçirir. “Şamaxı”da çalışmaq arzusunu AFFA-ya bildirənlər arasında Yunis Hüseynov da var.

Ötən ilin əvvəlində buradan ayrılmış mütəxəssis yaxın adamları vasitəsilə bu fikrini federasiya prezidenti Rövnəq Abdullayevə çatdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti