“Heç kimi söyməmişəm, baş məşqçi vəzifəsindən sui-istifadə etməmişəm" - QURBANOV DEYİR

12 İyun 2022 17:00 Şamaxı 1 256
“Heç kimi söyməmişəm, baş məşqçi vəzifəsindən sui-istifadə etməmişəm" - QURBANOV DEYİR

“Dediyiniz xəbəri mən də eşidirdim, amma bunu təkzib etməli olacam“.

“Şamaxı“nın sabiq baş məşqçisi Sənan Qurbanov Sportinfo.az-a açıqlamasında belə deyib.

Apreldə bölgə klubundan ayrılan mütəxəssis əməkdaşımızın “futbolçular arasında sizi istəməyənlərin olması, bəzi matçlarda bilərəkdən zəif oynamasına dair xəbərlərə rast gəlirdik - bu cür hallar yaşanıb“ sualına cavabında bunları söyləyib:

“İstənilən komandada baş məşqçinin futbolçulara etirazı, iradı olur. Bu, normal haldır.

Məsələn, həftəboyu məşqdə verdiyin tapşırıqların oyunda yerinə yetirilmədiyini görəndə istər-istəməz məşqçi özündən çıxır.

Gizlətmirəm, “Sabah”la görüşün ilk hissəsindən sonra paltardəyişmə otağında hədsiz aqressiv idim. Heç kim təhqir etməmişəm, sadəcə, futbol dili ilə iradlarımı çatdırmışam.

Amma hansısa futbolçunu söyüm, hansısa futbolçu mənə görə oynamasın, paltardəyişmə otağında münaqişə yaşansın - xeyr, mənim dövrümdə belə hallar olmayıb.

Heç vaxt baş məşqçi vəzifəsindən sui-istifadə etməmişəm“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti