Vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Tərlan Quliyevin yeni klubu müəyyənləşib.
“Şamaxı”dan ayrılan futbolçu “Kəpəz”lə “Turan Tovuz” arasında seçimini edib.
O, bundan sonra Tovuz təmsilçisinin şərəfini qoruyacaq. Quliyev onu sərəncamında görmək istəyən Ayxan Abbasovun təklifinə isti yanaşıb.
Quliyev yeni klubu ilə 1 illik sözləşməyə imza atıb. Bu barədə səbəbkarın özü Sportinfo.az-a açıqlamasında bildirib.
30 yaşlı müdafiəçi karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Qarabağ”, “Kəpəz”, “Şamaxı” kimi komandaların şərəfini qoruyub.
O, 3 dəfə Azərbaycan çempionu olub, 5 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB / SPORTİNFO.AZ

