"Şamaxı"nın yeni rəhbərliyinin təyinatının yubanması "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlıdır.
Bu barədə AFFA-dakı mənbədən Sportinfo.az-a məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, Bakıda keçirilən mötəbər yarış əyalət klubunun planlarına birbaşa təsir edib.
Çünki bütün rəsmi dairələr Qran-prinin təşkili və keçirilməsi prosesində yaxından iştirak etdiyi üçün "Şamaxı»nın başına gətirilməsi nəzərdə tutulan namizədlər ətrafında məsəhətləşmələr bir həftə ertələnib.
Klubun Müşahidə Şurasının sədri Zaur Axundov vəzifəsindən getməsini AFFA İcraiyyə Komitəsinin iclasında açıqlayıb.
O, işlərinin çoxluğu və vaxt məhdudiyyəti səbəbindən bu qərarı verib. Axundovun yerinə g\ələcək üzümüzə gələn həftə içində dəqiqləşəcək.

