AFFA Premyer Liqanın daha bir klubuna baş məşqçi soraqlamağa başladı

10 İyun 2022 21:00 Şamaxı 2 216
AFFA Premyer Liqanın daha bir klubuna baş məşqçi soraqlamağa başladı

AFFA “Şamaxı”ya yeni baş məşqçi axtarışına çıxıb.

Zaur Axiundovun Müşahidə Şurasının sədri postundan gedişi bu məsələ yenidən federasiyanın gündəminə daxil olub.

Baxmayaraq ki, əyalət təmsilçisi Rüstəm Əliyevlə yaxınlarda 1 illik müqavilə imzalayıb, ancaq AFFA-nın onunla bağlı fikri birmənalı deyil.

Yaxın qohumlarının klubun keçmiş rəhbərliyi ilə münasibətlərinə görə irəli çəkilmiş çalışdırıcı indi qurum tərəfindən dəstəklənmir.

Federasiya bu posta həm yerli, həm də əcnəbi namizədləri gözdən keçirir. “Şamaxı”da çalışmaq arzusunu AFFA-ya bildirənlər arasında Yunis Hüseynov da var.

Ötən ilin əvvəlində buradan ayrılmış mütəxəssis yaxın adamları vasitəsilə bu fikrini federasiya prezidenti Rövnəq Abdullayevə çatdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti