AFFA əyalət klubuna olan son borcunu da ödədi

6 İyun 2022 16:00 Şamaxı 1 513
AFFA əyalət klubuna olan son borcunu da ödədi

Mövsümü uğursuz başa vuran “Şamaxı”nın əsas problemi bu gün həllini tapıb.

AFFA kluba ayrılan maliyyə vəsaitini qarşı tərəfin hesabına köçürüb.

Beləcə, sabiq “bankirlər” 2 ayın maaş borcunu geri ala bilib. Bura əsas komanda ilə yanaşı, akademiyada çalışanlar da daxildir.

İşdir, federasiya ödəmələri yenə gecikdirsəydi, “Şamaxı”nın futbolçuları etiraz aksiyası keçirəcəkdi. Onlar bununla bağlı quruma xəbərdarlıq etmişdilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti