Alın bu pulu, bizdən xəbər gözləyin, getməyin!

2 İyul 2020 18:34 Səbail 1 103
Alın bu pulu, bizdən xəbər gözləyin, getməyin!

«Səbail» futbolçularına olan bir neçə aylıq maaş borcunun bir hissəsini ödəyib.

Sportinfo.az-ın məlumatına görə, rəhbərlik komanda üzvlərinə maliyyə problemlərini hələ də həll edə bilmədiklərini bildirib və vaxt istəyib.

Eyni zamanda, onlardan xahiş edilib ki, yeni klub axtarışına çıxmağa tələsməsinlər.

Belə ki, prezident səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayevin gələn həftə kollektivlə toplantı keçirməsi gözlənilir. Həmin iclasda «Səbail»in yeni möbvsümlə bağlı bütün planlarına aydınlıq gətirilməsi nəzərdə tutulub.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM