Dünyanın pulunu qazandı, Azərbaycanda ulduzu "öldü"

16 Mart 2020 17:10 Səbail 876
Dünyanın pulunu qazandı, Azərbaycanda ulduzu "öldü"

“Çelsi”nin sabiq futbolçusu Maykl Essyenin “Səbail”də çıxış etməsi dünya mətbuatının gündəmindən düşmür.

Sportinfo.az xəbər verir ki, qanalı yarımmüdafiəçi karyerasında böyük eniş yaşayan ulduz oyunçular sırasında göstərilib.

Vaxtilə İngiltərə Premyer Liqasında çıxış etmiş, hazırda isə tanınmayan ölkələrdə karyerasını davam etdirən futbolçularla bağlı yazı dərc edilib. Unudulmuş ulduzların siyahısına məhz Essyen başçılıq edir.

Onun karyerasında baş verən eniş belə qələmə alınıb: “Çelsi”də olarkən dünyanın ən yaxşı orta sahə oyunçularından biri idi. Joze Mourinyonun dönəmində ulduzu parladı. 2005-2014-cü illərdə “mavilər”in heyətində 150-dən çox çempionat matçına çıxdı, Premyer Liqanı iki, Çempionlar Liqasını bir dəfə qazandı.

“Real” və “Milan”da da oynamaqla böyük klublardakı həyata öyrəşmişdi. Ancaq İndoneziya ilə başlayan enişin sonunda Azərbaycan təmsilçisi “Səbail”lə anlaşdı. Hazırda bu klubun U-19 komandasının da məşqçisidir”.

Siyahıda karyerasını davam etdirən digər unudulan futbolçular Milan Baroş, Aleksandr Qleb, Erik Cemba-Cemba, Naycel de Yonq, Aleksander Büttner, Bebe, David Nqoq və Qabriel Obertandır.

Ötən ilin mart ayında “Səbail”lə anlaşan Maykl Essyenin Bakı klubu ilə müqavilə müddəti yaya qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti