COP29

Azərbaycandakı çarəsiz türk: “Çətinlik çəkirəm”

10 Dekabr 2024 23:00 Səbail 876
Azərbaycandakı çarəsiz türk: “Çətinlik çəkirəm”

“Səbail” növbəti oyunu da məğlub başa vurdu.

Cavid Hüseynovun gəlişindən sonra “Qarabağ”la “Sabah”a boyun əyən Bayıl təmsilçisi bu dəfə “Araz-Naxçıvan”a uduzdu – 0:2.

Sportinfo.az-a danışan müdafiəçi Mert Çelik məlum durumla bağlı açıqlama verib:

“Araz-Naxçıvan”la matça çox yaxşı hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq.

Təəssüf ki, yenə öz səhvlərimiz ucbatından məğlub olduq. Konkret səbəblər göstərməkdə çətinlik çəkirəm.

Çünki bir səhv digərinə bağlıdır. Qış fasiləsinə qədər qarşıda bizi iki oyun gözləyir.

Bilirik ki, çətin olacaq. Ancaq yenə də pozitivə köklənirik. Komanda şəklində mübarizə aparmaqla istəyimizə çata bilərik”.

16 oyundan sonra aktivində 8 xal olan “Səbail” sonuncu pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti