COP29

Komandanı Premyer Liqada saxlamağa yox, Şahin Diniyevə rəhmət oxutdurmağa gəlib

8 Dekabr 2024 22:55 Səbail 2 683
Komandanı Premyer Liqada saxlamağa yox, Şahin Diniyevə rəhmət oxutdurmağa gəlib

Şahin Diniyevi istefa verməyə məcbur edən «Səbail»də vəziyyət pis deyil indi, çox pisdir.

Baş məşqçi dəyişikliyi etməklə xeyir görmədilər.

Cavid Hüseynovu gətirməklə yağışdan çıxıb, yağmura düşüblər. Üç turdur onunla uduzurlar Premyer Liqada.

Yaman yerdə axşamlayıblar yenə.

İddiası özündən böyük olan Hüseynov etiraf edib ki, hələlik heç nə alırmır.

Alınmaz da, adam gərək bacardığı, bacaracağı işin qulpundan yapışsın.

Hüseynov Region Liqası və II Liqada işləyib deyə, ona elə gəlir ki, Premyer Liqada nəsə edə bilər.

Day orasını fikirləşmir ki, bu həna o hənadan deyil, belə səviyyədə çalışmaqdan ötrü o, hələ təcrübə toplamalıdır.

Kaş «Turan Tovuz»da qalardı, Kurban Berdiyevdən bir şeylər öyrənməyə davam etməlidir.

«Səbail» Diniyevin dönəmində indikindən qat-qat keyfiyyətli və məzmunlu oyun nümayiş etdirirdi. Uduzduqları əksər qarşılaşmalarda da, rəqiblərindən yaxşı təsir bağışlayırdılar.

Sağ olsun, Cavid Hüseynov!

Rauf Vəliyevə üç həftədir bir özgə cür «xoşbəxtlik» yaşadır.

Neyləsin, onun da əlindən bu gəlir yalnız. İnişil «Şamaxı»nı Premyer Liqadan aşağı salmaq ona azlıq elədi, bu gün də «Səbail»i I Liqanın yoluna dartmaqdadır.

ZAMİQ

Digər Xəbərlər
Xəbər Lenti