“İndi elə vəziyyətdəyik ki...” – Azərbaycandakı portuqaliyalı

2 Aprel 17:00 Səbail 371
“İndi elə vəziyyətdəyik ki...” – Azərbaycandakı portuqaliyalı

“İndi elə vəziyyətdəyik ki, bundan sonra bütün oyunlardan qələbə ilə ayrılmalıyıq.

Məqsədimiz 3 xal qazanmaq idi”.

“Səbail”in legioneri Madi Queta “Turan Tovuz”la matç (1:1) haqda Sportinfo.az-a açıqlama verib.

Avrokuboklara vəsiqə qazanmağı hədəf seçən “dənizçilər” doğma meydanda “Turan Tovuz”u məğlub etmək niyyətindəydi.

İlk yarının gedişində hesabı açmağa nail olsalar da, hissəyə əlavə olunmuş 4-cü dəqiqədə qərb təmsilçisi penalti zərbəsi ilə hesabı bərabərləşdirdi.

Portuqaliyalı yarımmüdafiəçi rəqibdən üstün oynadıqlarını, lakin qol şanslarından yararlana bilmədikləri üçün istəklərinə çatmadıqlarını söyləyib:

“Əslində, qələbəyə çox yaxın idik. Hesabı açandan sonra epizodlarımız oldu, dəyərləndirə bilmədik.

Futbol belədir, rəqibdən üstün olduğun halda şansları dəyərləndirə bilmirsənsə, 3 xal əldən çıxır.

“Turan Tovuz”dan üstün oynadığımızı düşünürəm. Sadəcə, lazım olan qolu vura bilmədik.

Hansısa hədəf haqda düşünürüksə, qol və qollar vurmalıyıq ki, qələbə qazanaq. Əks halda, çətin olacaq”.

28 turdan sonra aktivində 38 xal olan “Səbail” 6-cı pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU