Azərbaycanda 11-ci məşqçi

29 May 22:40 Səbail 682
Azərbaycanda 11-ci məşqçi

Şahin Diniyev Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, hazırda "Səbail"in sükanı arxasında olan 57 yaşlı mütəxəssisin yubileyi "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXVI tur oyununa təsadüf edib.

Diniyev 2001/2002 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib.

Sonradan “Rəvan” və “Kəpəz”də işləyən baş məşqçi yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci mütəxəssisdir.

Onun rəhbərlik etdiyi komandalar bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu