
“Səbail”də işlər yolunda getmir.
Komanda heç cür sonuncu pillədən qurtula bilmir.
Halbuki ikinci “beşlik”də qərarlaşan kollektivlər arasında ən yaxşı imkana, ən güclü heyətə sahib olan məhz Bayıl təmsilçisidir.
Onsuz da tutduqları mövqe daxildə haqqlı narazılıq yaradır.
Bu azmış kimi, indi də futbolçular baş məşqçinin atdığı addımdan pərişandılar.
Belə ki, təcrübəli mütəxəssis yeni mövsümdən oğlu Coşqun Diniyevi yanına gətirmək istəyir.
Həm də illik qazancı təxminən 150 min manat qarşılığında.
Onun bu addımı yerli futbolçuların xoşuna gəlməyib.
Səbəb hər birinin bundan kifayət qədər aşağı məbləğə komandada çıxış etmələridir.
Düşünürlər ki, belə olacağı halda, onların da maaşları qaldırılmalıdır.
SPORTİNFO.AZ