Qurbanovun köməkçisi Diniyevi "TORBATİKƏN" ADLANDIRDI: "Özgəsinə quyu qazan…"

28 Yanvar 2023 19:00 Səbail 1 775
Qurbanovun köməkçisi Diniyevi "TORBATİKƏN" ADLANDIRDI: "Özgəsinə quyu qazan…"

«Səbail»in keçmiş məşqçisi Tofiq Mustafayev gündəm yaradacaq mövqe nümayiş etdirib.

Mahmud Qurbanovun korpusunda yer almış mütəxəssis komandanın yeni çalışdırıcısı Şahin Diniyev barədə şərh yazıb: «Özgəsinə quyu qazan özü ora düşər».

Bayıl təmsilçisi Diniyevin rəhbərliyi altında ilk rəsmi oyununa çıxıb. «Dənizçilər» Premyer Liqanın 19-cu turunda «Şamax»ının qonağı olub və 1:2 hesabıyla uduzub.

Böyük vədlərlə «Səbail»in sükanı arxasına keçən Diniyevin yeni iş yerində uğursuz startı sosial şəbəkələrdə geniş müzakirə olunur. Mustfaayev də bununla bağlı yazılan statuslara biganə qalmayıb və öz fikrini bir məsəllə ifadə edib.

Haqlıdırmı? Əlbəttə!

Diniyev «Səbail»ə uzun müddətdir can atırdı. İlk dəfə 2021-ci ilin yayında bu kluba «əlcək atıb».

Onda «dənizçilər» Aftandil Hacıyevlə müqavilənin müddətini birillik uzadaraq, baş məşqçi dəyişikliyinə getməmişdi.

Məlumdur ki, AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Məşqçilər Komitəsinin təzyiqi ilə üzləşmişdi.

Komitənin sədri Vaqif Sadıqov yaxın dostu olan Şahin Diniyevi «Səbail»ə göndərməsi üçün az qala E.Məmmədovun «qapısının ağzında yatırdı»..

Qurbanovun köməkçisi Diniyevi "TORBATİKƏN " ADLANDIRDI: "Özgəsinə quyu qazan…"

Belə olmasaydı, ikinci «Səbail» təmsilçilərinə «tez olun, Hacıyevlə müqaviləni uzadın, yoxsa bunlar qapımı dağıdırlar» deməzdi.

Hacıyevi ötən ilin mayında istefaya göndərən «Səbail» rəhbərliyi ona olduğu kimi, Mahmud Qurbanovun da arxasında möhkəm dayanmadı.

Baxmayaraq ki, «Səbail»i ölkə kubokundan uzaqlaşdıran kollektiv yarımfinala vəsiqə qazanmış və Konfrans Liqasına yüksəlmək imkanı əldə etmişdi.

Amma AFFA mənsubları «dənizçilər»in Premyer Liqada ilk yarını sonuncu pillədə başa vurmasını əsas götürərək, «Səbail»in başbilənlərinə təzyiq göstərdi, Qurbanovun buradakı fəaliyyəti 7 aydan uzun sürmədi.

Diniyev məhz bu qurumdakı dəstəkçilərinin köməyi ilə arzusuna çatdı və 1,5 illik müqavilə imzaladı. Mustafayev «torba» söhbətinə işarə edərkən, məhz bu faktı nəzərdə tutur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"