“Səbail”də yeni təyinat – Bu dəfə rəhbərlikdə

29 İyun 2022 16:00 Səbail 1 333
“Səbail”də yeni təyinat – Bu dəfə rəhbərlikdə

“Sumqayıt” rəhbərliyindən istefa verən Zamiq Hüseynovun yeni iş yeri məlum olub.

Son 3 ildə “kimyaçılar”ın idman direktoru postunu tutan funksioner bundan sonra “Səbail”də çalışacaq.

Z.Hüseynov Bayıl klubunda idman direktoru Fərəc Əliyevin köməkçisi təyin edilib.

O, “kimyaçılar”a qədər Peşəkar Futbol Liqasında (PFL) müxtəlif vəzifələrdə çalışıb. Son olaraq PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi vəzifəsini tutub.

SPORTİNFO.AZ

Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu