"0:5-i qoyuram bir tərəfə..." - "Səbail"in Adili

20 Sentyabr 2021 20:40 Səbail 954
"0:5-i qoyuram bir tərəfə..." - "Səbail"in Adili

“Qəbələyə yaxşı nəticə üçün yollanmışdıq. Ən pis halda məğlub olmamağı düşünürdük.

“Sumqayıt” üzərində əldə olunan qələbədən sonra komandada özünəinam var idi”.

“Səbail”in müdafiəçisi Adil Nağıyev “Qəbələ”yə 0:5 hesablı yenilgini Sportinfo.az-a şərh edərkən bu sözləri deyib.

Nağıyev məğubiyyətdən çox nəticəyə görə təəssüfləndiklərini bildirib:

“İlk hissə qolsuz bərabərliklə başa çatdı. 0:5-i qoyuram bir tərəfə, ümumiyyətlə, məğlub olacağımız oyun deyildi. İkinci hissənin əvvəlində ünvansız ötürmələr və top itkiləri sayəsində rəqibə üstünlük verdik.

Cərimə zərbəsindən kuryoz qol buraxdıq, ardınca ikinci qolu vurdular, daha sonra qırmızı vərəqə və sonluq məlumdur. 2:0-dan sonra komandada inamsızlıq yarandı”.

Adil ağır məğlubiyyətdə Rahid Əmirquliyevini yoxluğunun müəyyən rol oynadığını deyib: “Rahidin olmaması özünü göstərirdi.

Həm kapitandır, həm də təcrübəsi ilə meydanda bizə çox kömək olur. Rahid oynasaydı, bəlkə də, çətin anlarda komanda toparlanardı”.

Maraqlıdır, biabırçı məğlubiyyətdən sonra Aftandil Hacıyev komanda üzvlərinə nə deyib? Hansı iradlarını çatdırıb?:

“Baş məşqçi oyundan sonra bizimlə heç nə danışmadı. Hamı kimi, Aftandil müəllim də üzgün idi. Yenilgi bir tərəfə, daha çox hesaba görə. Yəqin ki, qarşıdakı günlərdə lazım olan sözləri deyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti