"Gələcəkdə əsas milliyə qədər yüksələ bilər, onda bu potensial var" - FOTOLAR

1 Dekabr 2020 09:20 Qəbələ 709
"Gələcəkdə əsas milliyə qədər yüksələ bilər, onda bu potensial var" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Turun son oyunu Sumqayıtda baş tutub.

“Kapital Bank Arena”da keçirilən görüşdə “Qəbələ” “Sumqayıt”ın qonağı olub. “Qırmızı-qaralar” ötən turla müqayisədə meydana üç dəyişikliklə çıxıb.

Baş məşqçi Elmar Baxşıyev start “11-liy”ində Stefan Vukçeviç, Rövlan Muradov və Rüfət Əhmədova şans verib. Onlar Yusif Nəbiyev, Ceyms Adeniyi və Merab Qiqaurini əvəzləyib.

Qarşılaşmaya daha fəal başlayan “Qəbələ” ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Ardıcıl bir neçə təhlükəli vəziyyət yaradan “qırmızı-qaralar” hesabı açmağa yaxın olub. Lakin Cavid Hüseynovun zərbəsi qeyri-dəqiq alınıb.

Komanda 16-cı dəqiqədə istəyinə çatıb. Nikolas Rayselin ötürməsindən sonra Rafael Utriq yaxın məsafədən qarşısıalınmaz zərbə ilə rəqib qapısına yol tapıb. Bununla da braziliyalı “Qəbələ”də ikinci qoluna imza atıb.

Hesab açıldıqdan sonra “qırmızı-qaralar” fasiləyədək bir neçə dəfə də fərqlənməyə yaxın olub. İdris İnqilablı, Rafael Utriq və Cavid Hüseynovun zərbələrində dəqiqlik çatmayıb. Rövlan Muradovun hissənin sonlarında endirdiyi qüvvətli zərbəni isə rəqib qolkiper dəf edib.

İkinci hissə qarşılıqlı hücumlarla keçib. Hər iki komanda rəqib qapısına hücumlar təşkil etsə də, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkib. Azsaylı təhlükəli epizodlar isə dəqiq zərbə ilə nəticələnməyib.

Rəqiblərin müdafiə xəttinin etibarlı oyunu da diqqət çəkib. Düzdür, Nikolas Raysel qapıçı ilə üz-üzə qaldığı epizodda fərqlənməyə yaxın olub. Lakin legioner rəqib qolkiperlə dueldən məğlub ayrılıb. Beləliklə, “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Qəbələ” mövsümdə ikinci qələbəsini qazanıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi: “Müəyyən səbəblərə görə oyuna çox ciddi itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Oyun öncəsi də gənclərə inandığımızı futbolçulara demişdik.

Gənc oyunçulara şans versək, onların özlərini doğruldacağına inanırdıq. Komanda şəklində yaxşı və məzmunlu oyun göstərib qalib gəldik. Qol imkanlarından yararlanmamağın üzərində daim işləyirik.

Məşq prosesi və oyun fərqli olur. Futbolçular matç zamanı stress altında qərar verir. Həmin epizodları yaratmaq da güc, qüvvə tələb edir. Mən istədiyim komandanı, məşqlərdə üzərində çalışdığımız elementləri meydanda da görürəm.

Komanda uduzanda oyun planında iradım olmur, fərdi səhvlərə görə xalsız qalırıq. Getdikcə həmin epizodlara daha yaxşı konsentrasiya ilə yanaşıb imkanları dəyərləndirəcəyik.

Rüfət Əhmədov U-21 millinin üzvüdür, akademiyamızın yetirməsidir. İyulda bizə qoşulub. Ona inanıb gətirmişik. Gənc oyunçunu tədricən əsas komandaya uyğunlaşdırmaq lazımdır. O, gələcəkdə əsas milliyə qədər yüksələ bilər. Onda bu potensial var”.

“Sumqayıt” – “Qəbələ” 0:1

“Kapital Bank Arena”, tamaşaçısız

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqələr: Eltun Turabov, 30 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 58 (qeyri-idman hərəkəti); Nəbi Məmmədov, 80 (qeyri-idman hərəkəti); Murad Xaçayev, 86 (qeyri-idman hərəkəti) // Rüfət Əhmədov, 53 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 61 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 64 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 90+2 (oyunun bərpasının ləngidilməsi)

Qol: Rafael Utriq, 16

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”

13. Aydın Bayramov

3. Vurğun Hüseynov (k)

10. Rəhim Sadıxov

7. Tellur Mütəllimov

33. Eltun Turabov

22. Cavid İmamverdiyev

5. Camaləddin Xocaniyazov

(30. Nəbi Məmmədov, 67)

21. Adəm Həmati

17. Murad Xaçayev

20. Rüfət Abdullazadə

(60. Elvin Məmmədov, 46)

8. Səbuhi Abdullazadə

(19. Nurlan Quliyev, 73)

Ehtiyat oyunçular:

71. Hüseynəli Quliyev

88. Cavid Quliyev

27. İsmayıl Babayev

35. Eldost Qiyasbəyli

29. Sərvin İsmayılov

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(6. Kamal Mirzəyev, 90+2)

14. Cavid Hüseynov

(7. Roman Hüseynov, 86)

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

55. İdris İnqilablı

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

4. Sadiq Quliyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti