UEFA öz adamlarını BOS-a göndərdi - “Sabah”a görə

22 Sentyabr 09:00 Sabah 666
UEFA öz adamlarını BOS-a göndərdi - “Sabah”a görə

UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna (BOS) ilkin baxış keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa qədər bütün işlərin yekunlaşacağını vurğulayıb:

"Arenaya ilkin baxış olub. UEFA-nın bu mərhələ üçün tələbləri bəllidir.

Hazırda bu istiqamətdə iş gedir. Bütün görülən işlər stadionun təyin edilən vaxta kimi tam hazır olmasına hesablanıb.

UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir".

"Sabah" Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını BOS-da keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə