Formula 1 üzrə Azərbaycan Qran-prisinin cədvəli bilindi

08:00 Digər növlər 81
Formula 1 üzrə Azərbaycan Qran-prisinin cədvəli bilindi

Formula 1 üzrə Azərbaycan Qran-prisinin yarış cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

Açıqlanan proqrama əsasən, yarış həftəsi sentyabrın 24-də start götürəcək. Həmin gün bolidlər birinci (12:30–13:30) və ikinci (16:00–17:00) sərbəst yürüşlər üçün trekə çıxacaqlar.

Sentyabrın 25-də saat 12:30–13:30 aralığında üçüncü sərbəst yürüş, saat 16:00–17:00-da isə əsas yarışın start düzülüşünü müəyyən edəcək sıralama turları baş tutacaq.

Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış isə sentyabrın 26-da saat 15:00–17:00 aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM