Ölkə birinciliyinin qalibi olan 4 nəfər təmsil edəcək - DÇ-da

05:00 Cüdo 49
Ölkə birinciliyinin qalibi olan 4 nəfər təmsil edəcək - DÇ-da

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.

Yeniyetmələr arasında Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke) tatami üzərinə çıxacaqlar. Gənclərin heyətində isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) yer alıb.

Onlar "nage-no-kata" üzrə mübarizə aparacaqlar.

Sentyabrın 26-27-də keçiriləcək dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM