AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"da seminar keçirdi - FOTOLAR

08:10 Qarabağ 83
AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"da seminar keçirdi - FOTOLAR

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün antidopinq maarifləndirmə seminarı keçirib.

Bu barədə Sportinfo.az-a agentliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, antidopinq qayda pozuntuları, 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan əsas dəyişikliklər barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, dopinqdən istifadənin sağlamlıq üçün yaratdığı risklər, idmançı karyerasına mənfi təsirləri, antidopinq qayda pozuntularının nəticələri və təmiz idmanın əhəmiyyəti vurğulanıb.

İnteraktiv formatda təşkil edilən seminar zamanı gənc futbolçuları maraqlandıran suallar cavablandırılıb, onların antidopinq sahəsində bilik və məlumatlılığının artırılmasına dəstək göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!