Tale Heydərovun ailəsi müjdələndi - FOTOLAR

13 Avqust 2020 16:14 Qəbələ 2 555
Tale Heydərovun ailəsi müjdələndi - FOTOLAR

«Qəbələ»nin fəxri prezidenti və sahibi Tale Heydərovun anası Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Sportinfo.az xəbər verir ki, bu barədə elektron satınalmalar portalına istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Mərkəz 2020-ci ilin fevral ayında ofis yerinin icarəsi üçün tender elan edib. Avqustun 11-də açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub.

Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 48 min 840 manat ödəyəcək. R.Heydərova məxsus və Mərkəzin yerləşdiriyi bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır.

Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"