"Qəbələ"də ilk “üçlüy”ü Cavid Hüseynov qapayır

14 May 2020 12:58 Qəbələ 1 106
"Qəbələ"də ilk “üçlüy”ü Cavid Hüseynov qapayır

Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatdıqdan sonra yarımfinal sınağına çıxacaq.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki ,bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb.

Onlar arasında mütləq rekord Urfan Abbasova məxsusdur. O, 28 kubok matçının iştirakçısıdır. Vojislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun aktivində 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.

“Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçular

1. Urfan Abbasov - 28

2. Vojislav Stankoviç - 21

3. Cavid Hüseynov - 19

4-5. Elvin Camalov - 18

Samir Zərgərov - 18

6. Dmitri Bezotosnı - 17

7. Asif Məmmədov - 16

8. Dodo - 15

9. Azər Həşimov - 14

10-11. Viktor Mendi - 13

Qismət Alıyev - 13

12-13. Rafael Santos - 12

Turnike Aptsiauri - 12

14. Əli İsmayılov - 11

15-17. Filip Ozobiç - 10

Rəhman Əzizov - 10

Elnar Kərimov - 10

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!