"Qəbələ"li çempionluq kəmərini qorumaq üçün... FOTOLAR

14 Mart 2020 19:02 Qəbələ 695
"Qəbələ"li çempionluq kəmərini qorumaq üçün... FOTOLAR

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov "Fight Nights Global" çempionluq kəmərini qorumaq üçün ilk görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" İdman Klubunun təmsilçisi Rusiyanı təmsil edən Mixail Qogitidze ilə üz-üzə gələcək.

Qarşılaşma aprelin 18-də Moskvada "Fight Nights Global 98" turniri çərçivəsində baş tutacaq. Döyüşçülər indiyədək bir dəfə qarşılaşıblar. 2018-ci ilin oktyabrına təsadüf etmiş görüşdə Nəriman Abbasov qələbə qazanıb.

Düyüşçü turnirə hazırlığı məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında keçib. Toplanışlar Abdulmanap Nurmaqomedov adına Akademiyada və Tailanddakı "Tiger Muay Thai MMA" düşərgəsində baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti