"Sumqayıt" hazırda hər kəsin rəğbət bəslədiyi komandadır"

6 Mart 2020 23:00 Qəbələ 987
"Sumqayıt" hazırda hər kəsin rəğbət bəslədiyi komandadır"

"Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Bizim üçün çempionat son turda bitəcək. Hər oyun bizim üçün həm təcrübədi, həm də finala bərabərdi"

"Sumqayıt"la oyun öncəsi bu sözləri Sportinfo.az-a "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib.

Kapitan sabahkı rəqib barəsində ancaq xoş sözlər danışıb: "Sumqayıt" hazırda ölkədə hər kəsin rəğbət bəslədiyi komandadır. Ayxan Abbasovun komandası xarakterli, mübariz, bir-birini tamamlayan və gözəl futbol oynayan kollektivdir"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"