"Qəbələ"nin baş məşqçisi bu legioneri də istəmir: SƏBƏBİ VAR

28 Fevral 2020 10:52 Qəbələ 1 513
"Qəbələ"nin baş məşqçisi bu legioneri də istəmir: SƏBƏBİ VAR

«Qəbələ» ötən yay düşərgəsinə qatdığı Merab Qiqauri ilə müqaviləyə vaxtından əvvəl xitam verə bilər.

Sportinfo.az-ın məlumatına görə, Elmar Baxşıyev rəhbərliklə görüşündə gürcü yarımmüdafiəçinin xidmətində maraqlı olmadığını açıqlayıb.

Baş məşqçi «Neftçi» ilə son oyunda ehtiyatda saxladığı 26 yaşlı legionerdən ümumiyyətlə narazı olduğunu bildirib. Gənc mütəxəssisə görə, o, komandanın uğur qazanmasına çalışmır və qeyri-sabit çıxış edir. Baxşıyev Merabın futbolçu yoldaşlarıyla problem yaşamasını da qeyd edib.

Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib və ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti