Bu gün II Liqada üçüncü tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk gündə iki matç keçiriləcək.
“Ağstafa Gəncləri” doğma rayonda “Dinamo”nu sınağa çəkəcək. Çempionatın debütantı olan “Zəngəzur” isə Binədə “Marafon”la üz-üzə gələcək.
“Ağstafa Gəncləri” – “Dinamo”
Hakimlər: Rəsul Babayev, Samir Cabbarov, Ağadur Mahmudov, Nəriman Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Ağstafa şəhər stadionu, 16:00
“Zəngəzur” – “Marafon”
Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Mehdi Yusifov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Binə qəsəbə stadionu, 16:00
