“Neftçi” ilə debüt etdi, indi də… Azərbaycandakı legioner

2 Dekabr 2022 09:00 Qəbələ 758
“Neftçi” ilə debüt etdi, indi də… Azərbaycandakı legioner

İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.

“Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.

1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.

Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.

Yarımmüdafiəçinin "Qəbələ"də debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?