Məmmədəli Mehdiyev dünya çempionu oldu - Sarayevoda

04:20 Cüdo 61
Məmmədəli Mehdiyev dünya çempionu oldu - Sarayevoda

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala yiyələniblər.

Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM