Sosial şəbəkədə yazılan bu sözlər azərbaycanlı futbolçuya məxsusdur - FOTO

18 Avqust 2022 01:50 Qəbələ 1 408
Sosial şəbəkədə yazılan bu sözlər azərbaycanlı futbolçuya məxsusdur - FOTO

"Qəbələ" Premyer Liqanın 2-ci turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gələrək mövsümdəki ardıcıl ikinci qələbəsini qazanmış oldu.

Sportinfo.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu matçda 800-cü qol həddinə çatdı.

Komandanın yubiley qolunun müəllifi Rövlan Muradov “feysbuk” səhifəsində bununla bağlı paylaşım edərək bunları yazıb:

Qəbələ klubunun 800-cü qolunu vurduğum üçün çox şanslıyam. Birlikdə daha çox uğurlara doğru!".

Muradov bu matçda komandasının ilk qolunun müəllifidi. Digər qolları isə Murad Musayev (10-cu dəqiqə) və Felipe Santos (20-ci dəqiqə) vurub.

Digər Xəbərlər
Xəbər Lenti