“Qarabağ” "Kyevo"da forma geyinmiş forvardı almaqdan İMTİNA ETDİ

4 Avqust 2022 17:40 Qəbələ 4 412
“Qarabağ” "Kyevo"da forma geyinmiş forvardı almaqdan İMTİNA ETDİ

İtaliya mətbuatı "Qarabağ"ın transfer bazarlığına aid yeni iddia ilə çıxış edib.

Bu ölkədən olan həmkarlarımız Azərbaycan çempionunun Manuel Puççarelliyə təklif göndərdiyini yazıb.

Bildirilib ki, italiyalı forvardı Rumıniyadan ÇFR də transfer etmək istəyir.

Ötən ay Avstraliyanın "Melburn Siti" komandası ilə müqaviləsini pozan 31 yaşlı ön xətt oyunçusu hazırda azad agentdir.

Ölkəsində "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara"da, həmçinin, Birləşmiş Ərəb Əmirliklərində "Dibba Əl-Fucayra"da çıxış edib.

Sportinfo.az-ın apardığı araşdırmaya görə, italiyalı bir müddət öncə “Qarabağ”a təklif olunub. “Köhlən atlar” onun xarakteri və sağlıq durumu ilə bağlı məlumat toplayandan sonra danışıqlar masası arxasına əyləşməyib.

Puççarellinin problemli xasiyyəti və xroniki zədədən əziyyət çəkməsi görüşmələrin rəsmi müstəviyə keçməsini önləyib,

O, hazırda Qurban Qurbanovun transfer siyahısında yer almır, məsələ birdəfəlik bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!