Polşa millisinin baş məşqçisi "Sabah"ın müdafiəçisinə tərif yağdırdı

14:20 Sabah 105
Polşa millisinin baş məşqçisi "Sabah"ın müdafiəçisinə tərif yağdırdı

Polşa millisinin baş məşqçisi Yan Urban “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç haqda danışıb.

Sportinfo.az "Sportowy.net"ə istinadən xəbər verir ki, millinin çalışdırıcısı Puxaçın performansı barədə müsbət fikirlər səsləndirib:

"Puxaç öz oyunu ilə milli komandaya dəvət olunmağa layiq idi. Bilirəm ki, o, tipik sol ayaqlı sol cinah müdafiəçisidir.

Hətta Çempionlar Liqasının seçmə mərhələsində belə yaxşı hücum performansı göstərir. O, həmçinin çox yaxşı ötürmələr edir və kombinasiya oyununda çox yaxşıdır.

Amma o, həm də sol cinah müdafiəçisidir və onun müdafiədə necə çıxış edəcəyini görmək maraqlıdır".

Polşa millisi Millətlər Liqasının B4 qrupunda Bosniya və Herseqovina (25 sentyabr və 5 oktyabr), İsveç (28 sentyabr) və Rumıniya (2 oktyabr) ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti