“Zirə” sentyabrın 3-də sıralarına qatdığı legioneri uzun müddətə itirib.
Söhbət Talisson Moreyra Reysdən gedir.
“Çaveş”dən (Portuqaliya) transfer olunan braziliyalının sağ ayağı sınıb. Hadisə məşq prosesində baş verib.
Hazırlıq prosesində Dameyn Smitlə toqquşan yarımmüdafiəçi ciddi xəsarət alıb.
Həkimlərin ilkin rəyinə əsasən, “sambaçı“ minimum cari ilin sonunadək yaşıl sahələrdən uzaq qalacaq. Hətta onun qayıdışının 6 aya qədər uzanması da istisna olunmur.
Qəsəbə təmsilçisi “Ktatau” ləqəbli əcnəbi ilə 3 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən bəri «Çaveş»in formasını geyinib.
Braziliyada «Koymbra EC»in yetirməsi olan «Ktatau» karyerası ərzində «Pedras Salqadas» və «Felqeyraşıin də şərəfini qoruyub.
"Zirə" bu yay Amin Seydiyev (son klubu "Sabah"), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (son klubu “Olimpiakos”, Kipr), Ayxan Hüseynov (son klubu "Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smiti və Dimitri Leqbonu da heyətinə cəlb edib.
SPORTİNFO.AZ

