Albaniya çempionatında 5-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" doğma meydanda "Partizani"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev matçın ikinci hissənin əvvəlində meydana daxil olub və sonadək oynayıb. Bu nəticədən sonra "Eqnatiya" 12 xalla ikinci pillədə qərarlaşıb.
"Eqnatiya" - "Partizani" 2:1
Qollar: K.Lukili, 31, A.Albanese, 71 // V.Muratay, 73
