“Mançester Yunayted”in hücumçusu “Sabah”ın müdafiəçisinə nə bağışladı? - VİDEO

22 Sentyabr 01:50 Sabah 430
“Mançester Yunayted”in hücumçusu “Sabah”ın müdafiəçisinə nə bağışladı? - VİDEO

“Sabah”ın polşalı müdafiəçisiTimoteuş Puhaç (Tymoteusz Puchacz) UEFA Çempionlar Liqasındakı debütündən sonra “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla formasını dəyişib.

Sportinfo.az xəbər verir ki, Puhaç “Old Trafford”dan gətirdiyi Reşfordun formasını həyat yoldaşının vloqunda nümayiş etdirib.

Polşa millisinin üzvü Çempionlar Liqasındakı debüt matçında geyindiyi öz formasını isə həyat yoldaşına hədiyyə edib.

Puhaç zarafatla ondan formanı əvvəlki dəfə olduğu kimi heç kimə verməməsini istəyib.

Həyat yoldaşı isə formanı heç vaxt heç kimə verməyəcəyinə söz verib.

“Sabah” Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Old Trafford”da “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə