Yayda “Real”dan ayrılan Alabanın transferini gözdən keçirir - Almaniya klubu

01:30 Almaniya 99
Yayda “Real”dan ayrılan Alabanın transferini gözdən keçirir - Almaniya klubu

2025/26 mövsümünün sonunda “Real”dan ayrılan avstriyalı müdafiəçi David Alaba karyerasını Almaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Berlin “Union”u 34 yaşlı futbolçunu heyətinə qatmaq variantını nəzərdən keçirir. Almaniya klubu müdafiə xəttini gücləndirmək niyyətindədir.

Yeni mövsümə uğursuz başlayan komanda heyətini azad agentlər hesabına gücləndirməyi planlaşdırır.

Klub rəhbərliyi Alaba kimi təcrübəli futbolçunun müdafiədəki problemlərin həllinə kömək edə biləcəyini düşünür.

Alaba ötən mövsüm bütün turnirlərdə 16 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq